Azərbaycana tütün məmulatlarının idxalı azalıb


11:40     19 Sentyabr 2019 tutun.jpg

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

8 ay ərzində Azərbaycandan 9,979 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,86 milyon dollar və yaxud 40,2% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 435