Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
12:39 19 Sentyabr 2019

Son illər ərzində Azərbaycanla Çin arasında ticari-iqtisadi münasibətlərdə müsbət inkişaf dinamikası müşahidə olunur.
Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisinin açılış mərasimində deyib.
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir:
“Çindən məhsul idxalı 40 faiz artıb. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticari-iqtisadi tərəfdaşı hesab olunur. Azərbaycan tarixi İpək yolu üzərində yerləşən vacib beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin daşınması üçün ən qısa nəqliyyat marşrutu rolunu oynayır”.
Femida.az
Oxunub: 168
Oxşar xəbərlər
- Bakıda ağır cinayət: Ana və qızı evdə qətlə yetirildi
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı
- Polisdən uğurlu əməliyyat: Adam öldürməyə cəhd edib qaçan şəxs saxlanıldı
- Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib
- Ötən gün 27 cinayətin üstü açılıb - 28 nəfər saxlanılıb
- İki piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı cinayət işi başlandı
- Bütöv Çin Vəkillərinin Assosiasiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq sazişi imzalandı
- “Cinli Əhməd” qonşusunu öldürdü, məhkəmə qarşına çıxarıldı