Daha bir idmançımız xalçada dava saldı - VİDEO
13:11 19 Sentyabr 2019
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Femida.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib.
Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçi Ulukbek Joldoşbekova qalib gəlib. 1/16 finalda o rusiyalı Zavur Uquyevə uduzub. Görüşdə 3:0 hesabı ilə üstün olan Əmiraslanov qələbəni əldən verib. Məğlub olan idmançımız əvvəlcə rus idmançı ilə kiçik mübahisə edib. Daha sonra isə o xalçanı yumruqlayaraq əsəbi halda oranı tərk edib.
Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb.
Oxunub: 6526
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb