Film kimi cinayət: Avtomobilin qarşısını kəsib dəyənəklə ölümcül döydülər ( VİDEO 18+)


13:20     19 Sentyabr 2019 19_09_19_1568884939.jpg

Küçənin ortasında baş vermiş dəhşərli hadisənin videosu yayılıb.


Femida.az DHA-ya istinadən xəbər verir ki, boşanmaq istəyən arvadının olduğu maşının qarşısını kəsən ər və dostları onları küçənin ortasında vəhşicəsinə döyüb. Videodan görünür ki, avtomobil hərəkətdə olan zaman digər avtomobil onun qarşısında dayanaraq yolu bağlayır. Daha sonra əllərində dəyənək olan bir neçə şəxs maşından düşərək yolunu kəsdikləri avtomobilə hücum edir. Mətbuatın məlumatına görə,arvadının ondan boşanmasından əsəbləşən Murad qardaşları və anası ilə birgə qayınatasının və arvadının olduğu maşına hücum çəkib. Hadisə zamanı Murad Gültəkin qayınatası Adil Daşdəmirin dodağının bir hissəsini qopardıb. Artıq hadisə ilə bağlı Murad və qardaşları həbs olunub.

Hadisənin dəhşət dolu görüntüsünü təqdim edirik:


Açar sözlər: #dava   #video  

Oxunub: 1394