Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
13:38 19 Sentyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 22, Binəqədi rayonu “Gənclər şəhərciyi” kompleksindən 9, Astara rayonundan 1 mənzil olmaqla yeni yaşayış binalarından alınmış ümumilikdə 64 mənzili şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Femida.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Nazir müavininin sözlərinə görə, həmin kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.
V.Nəsirli müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. O, bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib. Bu il isə 600-ə yaxın avtomobilin təqdim edilməsi planlaşdırılıb. Onlardan 330-u müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək 6474-dək avtomobil müharibə əlillərinin istifadəsinə verilib.
Oxunub: 486
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib