Nazirlik İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı


14:09     19 Sentyabr 2019 klinika.jpg

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.



Nazirlikdən Femida.az-a bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib", - nazirlikdən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 454