Ermənistanın XİN və müdafiə nazirləri istefaya göndərilir
14:37 19 Sentyabr 2019
Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
Femida.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar naziri Feliks Çolakyan və ekologiya naziri Erik Qriqoryan tezliklə istefa verəcək.
Həmçinin Ermənistanın maliyyə naziri, iqtisadiyyat naziri və dövlət gəlirləri üzrə komitənin rəhbərinin işdən çıxarılacağı barədə məlumatlar yayılıb.
Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra səhiyyə naziri Arsen Torosyanı, əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanın vəzifədən azad etməyi düşünür.
Ermənistan parlamentində də dəyişiklik gözlənilir. Parlamentin sədr müavini Lena Nazaryanın istefası qaçılmazdır. Bundan əlavə, deputat Mikael Zolyanın “Mənim addımım” fraksiyasını tərk edəcəyi deyilir.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"