5 ağac kəsdi, iş prokurorluğa göndərildi
14:58 19 Sentyabr 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.
Femida.az xəbər verir ki, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15 min 300 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilib.
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
- 51 yaşlı kişi bıçaqlanıb
- 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır
- 54 nəfər borca görə saxlanıldı
- 51 rayonda torpaqların elektron kadastr uçotu bitib
- 59 cinayətin üstü “isti izlər”lə açılıb
- 5 mindən çox şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluğa cəlb olunub
- 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib
- 5867 hərbçi "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib
- 5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib