Nazir qəbul keçirəcək


15:33     19 Sentyabr 2019 azad%20r.jpg

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov sentyabrın 20-də Abşeron rayonundan olan sakinləri qəbul edəcək.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbul saat 11:00-da Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Abşeron rayon gənclər və idman idarəsi (050 397-12-00, 055-511-25-04) ilə əlaqə saxlamalıdırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 368