Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
15:50 19 Sentyabr 2019
Bu gün Dövlət Turizm Agentliyinin İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib.
Agentlikdən Femida.az-a verilən məlumata görə, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrup yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək.
Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər, daxili resurslardan doğru şəkildə istifadə işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.
Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib.
Alyansın yaradılmasında məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib