Millimizin FİFA reytinqində mövqeyi açıqlandı
16:29 19 Sentyabr 2019
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Femida.az -ın qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu sırada qərarlaşıb.
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 8-ci (1625 xal), Uels 23-cü (1522 xal), Slovakiya 29-cu (1493 xal), Macarıstan isə 50-ci yerdə (1430 xal) məskunlaşıb.
Cədvələ 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya 1719 xalla üçüncüdür.
Oxunub: 600
Oxşar xəbərlər
- Millimizin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər
- Millimizin üzvü saxlanıldı
- Millimizin sabiq futbolçusu həbs edildi
- Millimizin heyətində dəyişiklik
- Millimizin rəqibi məlum oldu
- Millimizin heyəti açıqlandı - Yeni futbolçular var
- Millimizin sabiq futbolçusu kriminal avtoritet çıxdı - FOTOLAR