Zəhərlənmə ilə bağlı - Daha bir açıqlama


16:44     19 Sentyabr 2019 19_09_19_1568897111.jpg

İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.


Femida.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Aysel Fərziyeva yayıb. O bildirib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, İsmayıllıda zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

Açar sözlər:

Oxunub: 418