Bu ölkə qəpiklərdən imtina etdi


17:55     19 Sentyabr 2019 19_09_19_1568901464.jpg


Oktyabrın 1-dən Ukraynada kiçik pulları dövriyyədən çıxarılacaq.


Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Agentliyin məlumatına görə, bir, iki və beş qəpik nominalı olan sikkələr gələn ayın əvvəlindən etibarən ödəniş vasitəsi olmaqdan çıxacaq.

Bundan əlavə, nominal dəyəri 25 qəpik olan sikkələr isə tədricən dövriyyədən çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 288