Xaçmazda ağır qəza: ölən var


15:22     14 Noyabr 2015 02115e11ca402a6b1a5659a06d8782027.jpg

Noyabrın 13-də axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Gəza Gəndob-Yalama yolunun Qobuqırağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 60 BF 652 dövlət nömrə nişanlı, “Kamaz” markalı yük maşını 10 DA 151 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Əmrəliyev Natiq Əmrəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 992