"Qarabağ" "Sevilya"ya məğlub olub


22:45     19 Sentyabr 2019 uefa.jpg

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Femida.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb.

“Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 424