Maştağada ağır qəza - Ölən və yaralananlar var


09:05     20 Sentyabr 2019 1434094599_ambulans2.jpg


Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.

Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 495