Azərbaycan və Çin müştərək Aqrar-sənaye parkı yaradacaq
09:47 20 Sentyabr 2019

Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır.
Femida.az xəbər verir ki, bununla bağlı bu gün Bakıda Azərbaycan-Çin arasında əməkdaşlıq müqaqviləsi imzalanıb.
Qeyd edilib ki, hazırda Aqrar-sənaye parkın yaradılması ilə bağlı işlər layihə mərhələsindədir.
Qeyd edək ki, Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.
Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Femida.az
Oxunub: 254
Oxşar xəbərlər
- Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
- Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib
- Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
- Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
- Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
- Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
- Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- Azərbaycanda 402 yeni yoluxma qeydə alındı
- Azərbaycanda koronavirus ən çox bu bölgələrdə yayılıb
- Azərbaycanda sərt karantin rejimi yumşaldılır - Rəsmi