Evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb
10:33 20 Sentyabr 2019
Quba və Xaçmaz rayonlarında evlərdən qızıl-zinət əşyaları oğurlayan 19 yaşlı gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az- a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb.
Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub: 432
Oxşar xəbərlər
- Evlərdən 27 min manatlıq oğurluq edən kişi və qadın tutulub
- Evlərdən oğurluq edən qadın tutuldu
- Evlərdən oğurluq edən şəxs saxlanıldı
- Evlərdən qızıl oğurlayan şəxs ələ keçdi
- Evlərdən oğurluq edən şəxs tutuldu
- Evlərdən oğurluq edən iki nəfər saxlanılıb
- Evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Evlərdən oğurluq edən qadın tutuldu - FOTO
- Evlərdən oğurluq edən əcnəbi vətəndaş tutulub
- Evlərdən oğurluq edən 42 cinayətkar qrup ifşa edildi