“ABŞ kosmosda silah yerləşdirməyə başlayıb”
10:38 20 Sentyabr 2019
“ABŞ artıq kosmosda silahların yerləşdirilməsi ilə bağlı işə başlayıb və müvafiq moratoriumu imzalamaq cəhdlərini rədd edib”.
Femida.az -ın verdiyi xəbərə görə, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya qlobal siyasətdə” jurnalında dərc olunan “Dünya yol qovşağında və gələcəyin beynəlxalq münasibətlər sistemi” adlı məqaləsində qeyd edib.
“Vaşinqton silahların kosmosa yerləşdirilməsi planlarına başlayıb, bu cür fəaliyyətlərə dair universal moratoriumu razılaşdırmaq təkliflərini rədd edib”, - deyə o, bildirib.
Lavrov Amerikanın strateji sabitlik siyasətini revizionizmin təzahürü adlandırıb.
O, həmçinin ABŞ-ın “nüvə yayılmasının açarı” olan İranın Nüvə Proqramı üzrə 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasını revizionist hərəkət kimi qiymətləndirib.
Oxunub: 370
Oxşar xəbərlər
- “ABŞ-ın terror təşkilatlarına dəstəyininindən təəssüfləndiyimizi bildirdik”
- “ABŞ müstəqil Azərbaycana dəyər verir” - Səfir
- “ABŞ Türkiyəyə böyük təzyiq göstərir” - Ərdoğan
- “ABŞ-ın çıxacağı bölgələr Suriya hökumətinə verilməlidir” - Zaxarova
- “ABŞ-ın planları baş tutmadı” - Ayətullah Xameneyi
- “ABŞ Qarabağın həllində səylərini artıracaq” - Səfir