Ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb


11:16     20 Sentyabr 2019 2019/09/ana-ve-usaq_1568964177.jpg

Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb.

Femida.az-ın məlumatına görə, Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı - 1994-cü il təvəllüdlü Gülşən Babaşovanın azyaşlı övladları, 2016-cı il təvəllüdlü Fatimə Babaşova və 2013-cü il təvəllüdlü Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Faktla bağlı axtarışlar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 175