8 minədək uşaq sosial xidmətlərlə təmin olunur
11:35 20 Sentyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırda 8 minədək uşaq stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Onların sırasına sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu, baxımsız və sosial təhlükəli vəziyyətdə olan, həmçinin eşitmə və nitq qabiliyyəti olmayan və b. kateqoriyalara aid uşaqlar daxildir.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, uşaqlardan 350-yə yaxını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki müəssisədə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Digər uşaqlar isə DSMF-nin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, habelə nazirliyin sifarişi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.
Xüsusilə bu il günərzi və icma əsaslı reabilitasiya müəssisələrinin, surdoloji xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım və s. mərkəzlərin şəbəkəsi xeyli genişləndirilib. Bu da müvafiq kateqoriyalardan olan uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminat səviyyəsinin də artmasına imkan verib.
Femida.az
Oxunub: 510
Oxşar xəbərlər
- 85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var
- 85 889 nəfər vaksinasiya olundu
- 8 mart Beynəlxalq Qadınlar Günüdür
- 8 il qoruduğu zirvə uğrunda şəhid olan mayor - REPORTAJ
- 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq
- 80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
- 85 yaşlı qadının Ermənistanda işgəncələrə məruz qaldığı məlum olub
- 820 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 86 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 89 yeni yoluxma - 207 nəfər sağalıb