Azərbaycanlı deputatın bu xanıma 300 min dollar borcu var - Vəsiqəsini girov qoyub
12:17 20 Sentyabr 2019
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.
Femida.az-ın Report-a istinadən məlumatına görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.
Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Femida.az
Oxunub: 1063
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir