Türkiyədə daha 74 hərbçi həbs edildi

Türkiyədə daha 74 hərbçi həbs edildi


12:33     20 Sentyabr 2019 19_09_20_1568968442.jpg


İstanbul Prokurorluğu "Fətullahçı" terror təşkilatı (FETÖ) ilə gizli əməkdaşlıqda şübhəli bilinən 74 hərbçinin həbsinə qərar verib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri artıq onların həbs edilməsi ilə bağlı əməliyyatlara başlayıb.

Barəsində həbs qərarı çıxarılan hərbçilərdən 25-i Türkiyə Quru Qoşunları Komandanlığında, 7-si Hava Qoşunları Komandanlığında,10-u Dəniz Qoşunları Komandanlığında, 2-i Sahil Mühafizə Komandanlığında, 30-u isə Jandarma Ümumi Komandanlığında fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: #FETÖ  

Oxunub: 160