1000-dən çox abonentin qazsız qalacaq


12:47     20 Sentyabr 2019 19_09_20_1568969284.jpg

Qusar-Xudat yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir. Bu işə bu gün səhər saatlarından start verilib.


"Azəriqaz" İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 708