Bakıda dəhşət : Gəlin qayınanasını döyüb öldürdü (VİDEO)
13:22 20 Sentyabr 2019
“Özümü müdafiə edirdim”
Bakıda 70 yaşlı qayınanasını döyərək öldürən Mədinə Şıxabdulova hadisənin təfərrüatını açıqlayıb.
Femida.az Xəzər TV-yə istinadən məlumat verir ki, cinayət hadisəsi ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.
Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.
“Qayınanam mənə hücum etdi, özümü müdafiə edirdim”, - deyə o bildirib.
Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Oxunub: 3963
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"