Sumqayıtda 2 maşın toqquşdu, 2 nəfər öldü


14:18     20 Sentyabr 2019 qeza_yeni.jpg

Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 369