Gürcüstanın Prezidentlə bağlı istintaqa başladı


15:27     20 Sentyabr 2019 19_09_20_1568979153.jpg

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə istintaqa başlayıb.


Prokurorluğun müvafiq qərarı "Avropalı Gürcüstan" partiyasının Baş Prokurorluğa müraciətindən sonra başladılıb.

Belə ki, Prezidentin avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar əfv etdiyi 34 məhkumdan üçü qətlə görə həbs olunan, bir nəfər isə beynəlxalq axtarışda olan şəxs olub. Prezidentin müvafiq sərəncamı ictimaiyyət arasında da geniş narazılıq doğurub.

Qeyd edək ki, Prezidentə qarşı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə aparılır.

İstintaq təsdiqini taparsa Prezident üç ilədək vəzifə tutmaqdan məhrum edilə və ya fəaliyyətindən məhrum edilməklə üç ilədək həbs edilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 418