Salyanda 67 yaşlı qadını çaqqal dişlədi


16:33     20 Sentyabr 2019 caqqal.jpg

Bu gün günorta saatlarında Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən həyətlərdən birinə girən çaqqal yaşlı ev sahibəsini dişləyib.

Virtualaz.org-un məlumatına görə, 1952-ci ildə anadan olmuş Gülzar Şiralı qızı Məmmədova öz həyətində iş görərkən qəflətən çaqqalın hücumuna məruz qalıb. Əlindın xəsarət almış qadın Salyan Mərkəzi Rayon Xəstəxanasında quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicəyə buraxılıb.

Yerli sakinlər hadisənin baş verdiyi həyətin yaxınlğındakı çöllükdə son vaxtlar çaqqalların sayının həddən artıq çoxaldığını deyirlər.

Açar sözlər:

Oxunub: 585