"Bakı Metropoliteni" 150 milyondan çox sərnişin daşıyıb


16:00     20 Sentyabr 2019 metro7.jpg

Bu ilin yanvar-avqust aylarında "Bakı Metropoliteni" QSC 150,3 mln. sərnişin daşıyıb. Bu, demək olar, ötən ilin müvafiq dövrü üzrə olan göstəriciyə bərabərdir.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 372