YAP-çı deputatdan Fuad Qəhrəmanlı ilə bağlı açıqlama: O, hansı üzlə cəmiyyətə çıxacaq?

YAP-çı deputatdan Fuad Qəhrəmanlı ilə bağlı açıqlama: "O, hansı üzlə cəmiyyətə çıxacaq?"


16:10     20 Sentyabr 2019 2019/09/aydin-mirzezade_1568981478.jpg

"Bu hadisə qısa bir zamanda cəmiyyətin diqqət mərkəzinə düşdü. Aparıcı müxalifət partiyalarının liderlərlərindən biri ailəsində çox ağır bir mühit yaradıb. Cəmiyyətə demokratiya, insan hüquqlarının qorunması, mədəniyyət təbliğ edən siyasətçi öz kiçik dövlətində - ailəsində bu cür mənfi hərəkətlərə yol verib".

Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə bu hadisəni ailə faciəsi kimi xarakterizə edib:

"Biz bir ailə faciəsinin şahidi olduq. Hansı ki, bu ailə tanınmış bir siyasətçinin ailəsidir. Bu müəyyən siyasətçilərin hələ də ailə və cəmiyyət məsələlərində bir vəhdət tapmadığını göstərir.

Siyasətdə olanlar ilk növbədə öz prinsipləri, ailə dəyərləri, ailədə qurduğu sağlam mühit, övladlarına verdiyi tərbiyə, sadə insanlara olan münasibətləri ilə nümunə olmalıdırlar. Üzdə bir söz, əməlda başqa bir söz yol verilməzdir. Azərbaycan cəmiyyəti heç vaxt bu yanaşmanı qəbul edə bilməz. Mən bir opponent kimi yox, insan kimi onun bu hərəkətlərini pisləyirəm".

"Qanun onun siyasətlə məşğul olmasını qadağan etmir. Amma etik olaraq yanaşsaq, o hansı üzlə cəmiyyətə çıxacaq, insanlara çağırış edəcək? Cəmiyyətə başqa dəyərlər, başqa baxış gətirilməsini təbiğ edəcək?

Bu bir daha göstərir ki, siyasət təmiz əllərlə, bir dəyərlə, bir mənəviyyatla qurulmalıdır”
, - deyə A.Mirzəzadə qeyd edib.

S.Yağmurun sözlərinə görə, F.Qəhrəmanlı mütəmadi olaraq arvadına fiziki təzyiq göstərib. Bu və digər səbəblərdən atası və anası boşanmaq üzrədir.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün "Facebook" səhifəsində atası ilə bağlı sensasion faktlar açıqlamış, atasının ona və anasına işgəncələr verdiyini bildirmişdi.

Femida.az

Açar sözlər: #YAP   #müxalifət   #siyasət   #Fuad_Qəhrəmanlı   #Aydın_Mirzəzadə  

Oxunub: 1991