Bu il 108 mln. manatadək güzəştli kredit verilib

Bu il 108 mln. manatadək güzəştli kredit verilib


17:40     20 Sentyabr 2019 2019/09/285d84d4add1b98_1568986942.jpg

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu il Azərbaycanda sahibkarların ümumi dəyəri 436 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 108 mln. manatadək güzəştli kredit verilib.


İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İmişli rayonunda təşkil edilən işgüzar forum zamanı bildirib.

Onun sözlərinə görə, bu investisiya layihələrinin reallaşdırılması 3 600-dən çox yeni iş yeri yaratmağa imkan verib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox iş yerinin açılması mümkün olacaq.

Qeyd edilib ki, ümumilikdə, tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 589,9 mln. manat güzəştli kredit verilib.

Açar sözlər:

Oxunub: 166