İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib


17:50     20 Sentyabr 2019

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Corc Vellaya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.


Femida.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 139