Məhkəmə Robert Koçaryanı zaminə buraxmadı


18:25     20 Sentyabr 2019 2018/09/kocaryan_1536730210.jpg

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı girov qarşılığında zaminə buraxmaqla bağlı vəsadəti təmin etməyib.


Femida.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun vəkili Hayk Alumyan bildirib.

Sabiq dövlət başçısı 10 gün ərzində qərarla bağlı Ermənistanın Apellyasiya məhkəməsinə etiraz edə bilər.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 472