Neftimiz ucuzlaşıb


17:26     14 Noyabr 2015 neftttt6.jpg

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar yaxud 1,95% ucuzlaşıb.


Femida.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,29 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1288