Azad Rəhimov bolqarıstanlı həmkarı ilə görüşüb
20:41 20 Sentyabr 2019
Gənclər və İdman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev ilə görüşüb.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Femida.aza verdiyi məlumata görə, görüşdə nazir Azad Rəhimov bolqarıstanlı həmkarına Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib.
Rəhimov hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. O, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.
Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı ölkələr arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Femida.az
Oxunub: 840
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb