Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq

Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq


09:19     21 Sentyabr 2019 kulekhava.jpg


Bu gün ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.


Bu barədə Femida.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

ETSN rəsmisi bildirib ki, Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:

"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar, güclü külək nəticəsində iri gövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki,
diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar.Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar".

Femida.az

Açar sözlər: #hava   #külək  

Oxunub: 233