Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılır
09:33 21 Sentyabr 2019
Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.
ETSN-in Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.
Müzakirələrdə ETSN-in şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəf müqabillərinin bu işdə yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb.
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib
- Ekoloji ekspertizanı həyata keçirəcək komissiyanın səlahiyyətləri müəyyənləşib
- Ekoloji qanunvericiliyi pozan 868 nəfər cərimə olunub
- Ekoloji qiymətləndirmə sənədlərinə yalan məlumatlar daxil edənlər cərimələnəcək
- Ekoloji qanunvericiliyi pozan şirkət barədə Baş Prokurorluğa müraciət edildi
- Ekoloji pozuntular və cəzalar: 13 günlük statistika açıqlanıb