XİN-dən Saakyanın Rusiya səfərinə - Reaksiya


17:32     14 Noyabr 2015 xin.JPG


XİN Bako Saakyanın Rusiyaya səfərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a daxil olan xəbərə görə, XİN-in təlimatı əsasında Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən rəsmi kanallar vasitəsilə ilk gündən bu məsələ araşdırılır. Moskva hökuməti səfirliyimizin ilkin müraciətinə cavabında ümumiyyətlə belə bir səfərdən və tədbirdən xəbərsiz olduğunu bildirib:


“Xarici İşlər Nazirliyi yalnız Ermənistan KİV-nin məlumatı əsasında məsələyə münasibət bildirə bilməz.
Bu baxımdan sözügedən səfərin məqsədi və təşkilatçıları rəsmi mənbələr əsasında dəqiq şəkildə müəyyən olunduqdan sonra Azərbaycanın münasibəti diplomatik kanallarla Rusiya tərəfinə çatdırılacaqdır.

Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir. Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Məsələ ilə əlaqədar Azərbaycanın qəti və birmənalı mövqeyi bütün tərəflərə çatdırılır”.

Açar sözlər:

Oxunub: 832