Müdafiə naziri cəbhə zonasına getdi - Fotolar

Müdafiə naziri cəbhə zonasına getdi - Fotolar


11:20     21 Sentyabr 2019 19_09_21_1569050485.jpg


Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.


Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Femida.az

Açar sözlər: #Müdafiə   #nazir   #hərbi  

Oxunub: 3672