Fuad Qəhrəmanlının arvadına verdiyi işgəncənin görüntüləri - FOTOFAKT

Fuad Qəhrəmanlının arvadına verdiyi işgəncənin görüntüləri - FOTOFAKT


12:08     21 Sentyabr 2019 2019/09/70992405_2713293058703706_582944456408301568_n_1569054195.jpg

Ötən gün istefa verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura verdiyi işgəncələrin fotoları yayılıb.


Femida.az xəbər verir ki, görüntülər Gülnarə Mehdiyeva adlı sosial şəbəkə istifadəçisi tərəfindən yayılıb. Fotolarda Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı şiddət göstərdiyinin şahidi oluruq. Gülnarə Mehdiyevanən iddiasına görə, Zümrüd Qəhrəmanlı dəfələrlə zorakılığa məruz qalıb:

“Ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm cəbhəçilər yaxşı bilirdi. Fuadın məşhur məşuqəsini də tanıyırlar. Başqa qadınları da. Mən və Fidan Nəzər, Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşanmaq olmur. İndikindən betər "hakimiyyətə satılmış, pul almış" elan edirlər. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi? Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın. Çünki bilirik, o danışsa, axecepe şaykası hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır. Qızlardan yalnız bu şəkilləri ala bilmişdim, özlərinə deməmiş paylaşıram. Amma silən deyiləm. Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir”

Qeyd edək ki, Zümrüd Qəhrəmanlı 2019-cu 14 avqustda Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Fuad Qəhrəmanlıya qarşı nikahın pozulması və Sənay Qəhrəmanlının onun yanında qalması tələbinə dair iddia qaldırıb. Məhkəmənin hazırlıq iclası 2019-cu il 28 avqust tarixində keçirilib və baxış iclası 2019-cu il 26 sentyabr tarixinə təyin edilib.









Femida.az

Açar sözlər:

Oxunub: 5228