Qadının çantasından 2 min manat oğurlanıb

Qadının çantasından 2 min manat oğurlanıb


12:15     21 Sentyabr 2019 2019/01/canta_1546500555.jpg

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 182