BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət


12:49     21 Sentyabr 2019 bna5.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) küləkli hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.

BNA-dan Femida.az-a verilən məlumata görə, agentlik bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Femida.az

Açar sözlər:

Oxunub: 184