Brent markalı neftin qiyməti ilin əvvəlindən bəri maksimum həftəlik artım əldə edib

"Brent" markalı neftin qiyməti ilin əvvəlindən bəri maksimum həftəlik artım əldə edib


13:16     21 Sentyabr 2019 2019/09/e2f46d98-1ee0-4ab4-83e3-2f0bb752bac8_1569058036.jpg


Ötən həftə "Brent" markalı neftin bir barelinin qiyməti 2019-cu ilin yanvar ayından bəri rekord artım (6,7%) əldə edib.


Femida.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

WTI markalı neftin bir barelinin qiyməti isə 5,9% artım göstərib ki, bu da iyun ayından bəri ən yüksək göstəricidir.

Sentyabrın 21-nə olan duruma görə, "Brent" markalı neftin bir bareli 64,71 dollar, WTI markalı neftin bir bareli isə 58,41 dollardır. Bazar ertəsi - sentyabrın 16-da Nyu-York Ticarət Birjasında WTI markalı neftin oktyabr ayına fyuçersləri 7,77% artaraq bir barelə görə 59 dollardan baha olub, "Brent" markalı neft isə 13,8% artaraq 69,1 dollara çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında neft emalı zavodlarına edilən hücumlar və sonradan hasilatın azalması nəticəsində həftənin əvvəlində qiymətlərdə kəskin artım olub, sonradan qiymətlərdə eniş qeydə alınıb.

Analitiklərin fikrincə, qiymətlərin enməsinə krallığın ayın sonuna qədər hasilatı tam bərpa edəcəyi barədə məlumatlar səbəb olub. Səudiyyə Ərəbistanın ən nəhəng neft emalı zavodlarına edilən hücumlardan sonra ölkədə hasilat 50% azalmışdı ki, bu da dünya üzrə təklifin, təxminən, 5%-ni təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 151


Oxşar xəbərlər