Gözəl Bayramlı Fuad Qəhrəmanlının əməllərinə haqq qazandırdı: Dərdiniz nədir, deyin bilək!

Gözəl Bayramlı Fuad Qəhrəmanlının əməllərinə haqq qazandırdı: "Dərdiniz nədir, deyin bilək!"


13:52     21 Sentyabr 2019 19_09_21_1569059556.jpg


AXCP-nin sədr müavini Gözəl Bayramlı ailə qalmaqalı ilə gündəmə gələn və ötən gün istefa verən partiyanın digər sədr müavini Fuad Qəhrəmanlını müdafiə edib.


Femida.az xəbər verir ki, G.Bayramlı ailə üzvlərinə işgəncə verən həmkarını müdafiə edib. O, "facebook" hesabında bununla bağlı status paylaşıb:

"Bizim üçün önəmli olan mübarizənin ön cəbhəsində olmaq və avtoritar rejimi tarixin arxivinə göndərməkdir. Ömrünün üçdə ikisini mübarizəyə həsr etmiş, bu mübarizənin gerçək qəhrəmanlarından olan Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verməklə bunu bir daha sübut etdi. Baxıram, heç bir mənəvi haqqı olmadan Fuad bəyə istefa tələb edənlər indi də bunu vaxtında etməliydi, digər müavinlər də istefa versin, yaxud bu bir oyuna bənzəyir kimi fikirlər yazmaqdan belə utanmırlar. Allah eşqinə, dərdiniz nədir, deyin bilək!
Mövzu qıtlığıdır?! Mövzu oğru, quldur hakimiyyət, get hünərin varsa yaz!".



G.Bayramlı təkcə öz fikirləri ilə F.Qəhrəmanlını müdafiə etməklə kifayətlənməyib. O, eyni zamanda həmkarını müdafiə edən partiya sədri Əli Kərimlinin və digər şəxslərin statuslarını da öz səhifəsində paylaşıb. Həmin paylaşımların fotolarını təqdim edirik:









Femida.az

Açar sözlər: #Gözəl_Bayramlı   #AXCP   #siyasət   #Əli_Kərimli   #Fuad_Qəhrəmanlı  

Oxunub: 3535