Güləşçimiz yarımfinala yüksəlib


15:06     21 Sentyabr 2019 2019/09/15549-1569058483_1569061024.jpg

Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatı davam edir.

Femida.az-ın məlumatına görə, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov 1/4 finalda gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Şərifov yarımfinala yüksəlib.

Qeyd edək ki, güləşçimiz bundan öncə cənubi koreyalı Minvon Seunu, ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsevi məğlub etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 541