Azərbaycanda tullantılar çeşidlənəcək
16:31 21 Sentyabr 2019
"Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir".
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin tullantıların çeşidlənməsi işinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir: "İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq".
M.Nəbiyev əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlamağa başlayıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib: "Təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur. Əgər tullantı çeşidlənmirsə, onun təkrar emala cəlb olunması da çətin olur".
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib