Sumqayıtda avtomobil piyadanı vurub

Sumqayıtda avtomobil piyadanı vurub


14:56     21 Sentyabr 2019 piyadada.jpg

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın yerli bürosunun məlumatına görə, qəza şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən şəhər sakini, 1979-cu il təvəlllüdlü Şəfaqətova Rəna Mirzəağa qızını avtomobil vurub. Piyada bədən xəsarətləri alaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 164