Metrodakı tüstüləmənin səbəbi bilindi

Metrodakı tüstüləmənin səbəbi bilindi


17:23     21 Sentyabr 2019 19_09_21_1569067404.jpg

"Gənclik" metrostansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tüstü sınaq qatarına görə yaranıb:

“Qatar yoxlanılıb və hər şey qaydasındadır. Qatar həmin sərnişinləri yenidən götürürərək yoluna davam edib
Bu qatardan əvvəl xətdə sınaq qatarı hərəkətdə olub. Sınaq qatarı boş gedirmiş. Sınaq qatarının “kolodka”sı sıxılıb və bu zaman təkər relsə sürtülüb. Nəticədə yaranan tüstü digər qatarın içinə dolub. Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün onlar qatardan düşürülüb və hər şey yoxlanılıb. Daha sonra heç bir problem müəyyən edilmədiyi üçün sərnişinlər həmin qatarla da yola salınıblar. Hazırda Bakı metrosunda hərəkət qrafiki tam qaydasında icra olunur".

Femida.az

Açar sözlər:

Oxunub: 211