Ağdaş sakinindən heroin və marixuana götürülüb
17:30 21 Sentyabr 2019
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-ın yerli bürosuna verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini, 45 yaşlı Gəray Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 ədəd kiçik sellofan bükümdə ümumi çəkisi 2,366 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə G.Əliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 36 qrama yaxın qurudulmuş marixuana və 20 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 475
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib