UFO mövcuddur - Amerikalılar “51-ci zona”ya hücuma hazırlaşır


18:22     21 Sentyabr 2019 19_09_21_1569070522.jpg

3 milyon amerikalı "51-ci zona" sayılan hərbi bazaya hücum etməyə hazırlaşır.

Femida.az bildirir ki, bir neçə saatdan sonra amerikalılar sentyabrın 20-də, cümə günü, ABŞ-da yadplanetlilərin şok sirlərini açmağa ümid edirlər. Minlərlə insan "Zona 51" adlı gizli hərbi bazanı işğal etməyə hazırlaşır. Bu ilin yayında Kaliforniyadan olan tələbə metti Roberts Facebook səhifəsində "zona 51"ə hücumda iştirak etmək istəyən hər kəsi öz səhifəsinə çağırıb.

Zarafat özünü doğruldub. Yadpanetliləri azad etmək və bütün sirləri açmaq istəyənlərin sayı həddindən artıq çox olub. HHQ-nin məlumatına görə, tədbirə 100 mindən artıq insan imza atıb. Bununla yanaşı, hökumət bazaya soxulmağa çalışanları cərimələyəcəyini, bundan əlavə təşkilatçıların Nevada səhrasında 2 musiqi festivalının keçiriləcəyini bəyan etdiklərini bildirib.

Lakin, digər mənbələrə görə, hücum hələ keçiriləcək, insan sayı da fərqlidir. Mənbəyə görə, " 51 zona "ya 3 milyon adam getməyə hazırdır.

Açar sözlər:

Oxunub: 965